Səhiyyə Nazirliyi bu qida əlavələrinə mənfi rəy verdi – SİYAHI


14:38     11 İyul 2019 19_07_11_1562841549.jpg

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi (AEM) bu ilin may – iyun aylarında 27 Bioloji Fəallığa Malik Qida Əlavəsinə (BFMQƏ) mənfi rəy verib.


Femida.az-ın AEM-ə istinadən verdiyi xəbərə görə, may ayında “Aminovit” (şərbət, Hindistan), “Bilkon” (kapsul, Ukrayna), “Brucuf” (məhlul, Hindistan), “Detricol” (məhlul, Hindistan), “Ekavit” (tablet, İtaliya), “Eredex” (kapsul, Banqladeş), “Evit Forte” (kapsul, Serbiya), “Eyetiger” (göz damcısı, Türkiyə), “Fohow Gaoqian” (tablet, Çin), “Gintex” (kapsul, Banqladeş), “Helmizin” (şərbət, Böyük Britaniya), “Lemolax” (mikro-imalə, İtaliya), “Seda Ver” (kapsul, Ukrayna), “Semyn 100” (tablet, İtaliya), “Ultra Mens sport” (tablet, Böyük Britaniya), “Uplink” (məhlul, İspaniya), “Urocys” (kapsul, Çexiya), “Venatura Selenium” (tablet, Türkiyə) və “Zarim” (gel, Serbiya) bioloji qida əlavələrinə mənfi rəy verilib.

İyun ayında isə “Pantefluks 5%” (sprey, Makedoniya), “Feroglobin B12” (kapsul, Böyük Britaniya), “Neurozan Plus” (tablet, Böyük Britaniya), “Balıq Yağı Vitamin” (A, D, E ilə kapsul, Rusiya), “Pregnacare” (tablet, Böyük Britaniya) və “Feroglobin Fızz” (tablet, Böyük Britaniya) ilə bağlı müraciətlər də mənfi cavablandırılıb.

Qeyd edək ki, AEM Bioloji Fəallığa Malik Qida Əlavələrinin, tibbi və kosmetoloji ləvazimatların ekspertizasını həyata keçirir.

Femida.az


Açar sözlər:

Oxunub: 1256