İranda 5 terrorçudan ibarət qrup məhv edilib


15:22     11 İyul 2019 2019/07/3c30447a-eb46-44d2-bd16-c989f333d86a_1562844185.jpg

İran hərbçiləri ölkənin qərbində beş terrorçudan ibarət qrupu məhv edib.

Femida.az RİA "Novosti"yə istinadən xəbər verir ki, "Fars" agentliyi terrorçuların İraqla həmsərhəd olan Kermanşah vilayətində İran sərhədindən keçməsi barədə məlumat verib.

Əməliyyat zamanı İranın təhlükəsizlik qüvvələri bu qrupa məxsus çox sayda silah-sursat, əlaqə vasitələri aşkar edib.

Açar sözlər:

Oxunub: 358