"Müalicəm üçün 15 min manat lazımdır" - Yalçın Rzazadə


16:03     11 İyul 2019 2019/07/d4e593ee-1767-4224-a54e-94a9eb037eff_1562846758.jpg


Xalq artisti, müğənni Yalçın Rzazadənin bu gün Mərkəzi Dənizçilər Xəstəxanasında verdiyi analizlərin nəticələri məlum olub.


Bu barədə Y.Rzazadə özü məlumat verib.

Onun sözlərinə görə, müayinənin nəticələri mədəsində bir neçə yara aşkarlandığını ortaya çıxarıb: “Vəziyyətim çox pisdir. Bu gün daxili orqanlarımın MRT müayinəsinin analizlərinin nəticələri çıxdı. Mədəmdə ağır xəstəliklər aşkarlanıb. Hazırda mədəmdə yaralar əmələ gəlib. Mənə qoyulan diaqnozu dilimə gətirmək istəmirəm. Onu bilirəm ki, səhhətim heç də yaxşı deyil. Qanımda zəhərlənmə var, rəngim isə saralıb”.

Xalq artisti bildirib ki, bir müddət əvvəl Türkiyənin İstanbul şəhərindəki xəstəxanalardan birində müalicə olunmağım üçün cəmi 50 min lirə (15 min manat) pul lazım olub: “Amma mən bu pulu tapa bilmədiyimdən müalicəm baş tutmadı. Bu gün isə artıq vəziyyətim ağırlaşıb. Ancaq xaricdə müalicə olunmağım üçün imkanım yoxdur”.

Qeyd edək ki, 73 yaşlı Y.Rzazadə səhhətində yaranan problemlərlə əlaqədar Mərkəzi Dənizçilər Xəstəxanasına yerləşdirilmişdi. O, bu gün xəstəxanadan evə buraxılıb. / Report

Femida.az

Açar sözlər:

Oxunub: 370


Oxşar xəbərlər