Bu gecə Bakının yollarına “Sarı zolaq” çəkiləcək - Siyahı
17:10 11 İyul 2019

20-28 iyul tarixlərində Bakıda keçiriləcək XV Avropa Yay Olimpiya Gənclər Festivalı ilə əlaqədar müəyyən edilən marşrut üzrə əsas yol şəbəkəsində “Sarı zolağın” çəkilişi işləri davam etdirilir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Femida.az-a verilən məlumata görə, məqsəd idmançıların və digər rəsmilərin idman obyektlərinə vaxtında çatmasını təmin etməkdir. Bu çərçivədə 11 və 12 iyul tarixlərində axşam saat 22:00-dan səhər saatlarınadək Atatürk və Qara Qarayev prospektlərində xətlənmə işləri aparılacaq. Sürücülərdən sözügedən küçədə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.
“Sarı zolağın” çəkilişinə iyul ayının 8-dən start verilib və müəyyən edilən marşrut üzrə digər küçə və prospektlərdə artıq yekunlaşdırılıb. Zolağın çəkilişi ilə bərabər müvafiq nişanlanma işləri aparılır və yol nişanları quraşdırılır, həmçinin asfalt üzərində təyin edilən yerlərdə xüsusi boya ilə festivalın logosu da vurulur. Sadalanan işlərin iyul ayının 18-dək tam yekunlaşdırılması nəzərdə tutulub.
Qeyd edək ki, AYDA tərəfindən XV Avropa Yay Olimpiya Gənclər Festivalı ilə əlaqədar müəyyən edilmiş marşrut üzrə yol şəbəkəsinin yaxşılaşdırılması istiqamətində işlərini davam etdirir.
Femida.az
Oxunub: 441
Oxşar xəbərlər
- Bu günə olan yoluxma sayı açıqlandı
- Bu gün Türkmənistan və Azərbaycan nisbətən gənc müstəqil dövlətlərdir - İlham Əliyev
- Bu gündən Azərbaycanda koronavirusa qarşı vaksinasiya başlayır
- Bu iş yerlərinin fəaliyyətinə icazə verildi - SİYAHI
- Bu sürücülər 40 manat cərimə olunacaq? – RƏSMİ
- Bu marşrutların hərəkət sxemləri dəyişəcək
- Bu küçədə hərəkət məhdudlaşdırılacaq
- Bu vəkil şəhid ailələrinə və qazilərə təmənnasız hüquqi yardım göstərəcək
- Bu rayonda karantini pozan mindən çox adam cərimələndi
- Bu gün Qarabağla bağlı üçtərəfli görüş olacaq