Gəncədə şəhid polislər anıldı
18:51 11 İyul 2019
İyulun 11-də ötən il iyul ayının 10-da radikal dini yönümlü bir qrup şəxs Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının önündəki meydana toplaşaraq asayişi kobud şəkildə pozmağa cəhd göstərən zaman, onların qanunazidd əməllərinin qarşını alarkən şəhid olan polis polkovniki İlqar Balakişiyev və polis polkovnik-leytenantı Səməd Abbasovun anım mərasimi keçirilib.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Femida.az-a verilən məlumata görə, Şəhidlər Xiyabanında baş tutan anım mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi, polis polkovniki Əkbər İsmayılov, Daxili İşlər Nazirliyinin Şəxsi Heyətlə İş İdarəsinin rəisi, polis polkovniki Rahib Qarayev və hüquq mühafizə orqanlarının əməkdaşları, şəhid polislərin ailə üzvləri iştirak ediblər.
Anım mərasimində şəhid polislərin məzarları önünə əklik qoyulub, üzərlərinə tər çiçəklər düzülüb, ruhlarına dualar oxunub.
Anım mərasimindən sonra şəhid olan polis əməkdaşlarının xatirəsinə ehsan süfrəsi təşkil olunub.
Femida.az
Oxunub: 763
Oxşar xəbərlər
- Gəncədə avtomobil piyadanı vuraraq öldürüb
- Gəncədə tanışını qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır
- Gəncədə avtomobil qaçıran şəxs saxlanılıb
- Gəncədə ehtiyatda olan polkovnik-leytenantın ölümü ilə bağlı cinayət işi başlanılıb
- Gəncədə kişi həyat yoldaşını bıçaqlayaraq öldürüb
- Gəncədə mübahisə zəminində 3 nəfər bıçaqlanıb
- Gəncədə mənzildə qadın meyiti aşkarlanıb
- Gəncədə yaşayış binasında partlayış olub, ölən var
- Gəncədə 152 kq istehlaka yararsız ət aşkarlanıb
- Gəncədə narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs saxlanılıb