Hacıqabulda ağır qəza: piyada öldü


17:36     11 İyul 2019 piyada5.jpg

Hacıqabul rayonunun Muğan kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.



Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, iyulun 10-da saat 4 radələrində Hacıqabul rayonunun Muğan kəndi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən şəhər sakini Cavanşir Qəmbərov vurulub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Hacıqabul RPŞ tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 498