Fermerlərə subsidiyalar yeni qaydalarla veriləcək


18:28     11 İyul 2019 fermerler.jpg


2020-ci ilin yanvar ayının 1-dən etibarən Azərbaycanda fermerlərə subsidiyalar yeni qaydalarla veriləcək.


Femida.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev deyib.

Onun sözlərinə görə, hazırda subsidiyaların verilməsi mexanizminin formalaşdırılması istiqamətində işlər aparılır: "Fikrimiz ondan ibarətdir ki, bu subsidiyaların verilməsi elə formalaşsın ki, fermer heç bir insan amilindən asılı olmayaraq subsidiyanı yalnız elektron kənd təsərrüfatı sistemi vasitəsilə əldə edə bilsin".

Nazir müavini həmçinin əlavə edib ki, fermerin aqrotexniki tədbirin həyata keçirilməsi üçün ona hər hansı məbləğ düşəcəksə, bu məbləğin bir miqdarı əvvəlcədən onun kartına yatırılacaq ki, fermer aqrotexniki tədbirlərini subsidiyanı alınana qədər vaxtı vaxtında icra edə bilsin.

Femida.az

Açar sözlər:

Oxunub: 602