4 tondan çox narkotik məhv edilib

4 tondan çox narkotik məhv edilib


17:41     11 İyul 2019 2019/05/narkotik-cetene_yeni_1558423712.jpg

Göygöl RPŞ-nin əməkdaşları tərəfindən Balçılı kəndi ərazisində yabanı halda bitmiş, çəkisi 4,4 tona yaxın olan 8345 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.

Daxili İşlər Nazirliyindən Femida.az-a verilən məlumata görə, İsmayıllı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Göytəpə kənd sakini R.Mirzəliyevdən 325 qram marixuana, habelə kəndin ərazisində ona məxsus torpaq sahəsindən isə kultivasiya yolu ilə yetişdirdiyi, çəkisi 21 kiloqrama yaxın 30 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Astara RPŞ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əcnəbi vətəndaşlar – Y.Nevruzdan 620 qram, D.Sedighdan isə 615 qram heroin aşkar edilərək götürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 170