"Azərbaycanın Qarabağ danışıqlarındakı mövqeyi dəyişilməzdir" - XİN başçısı
17:42 11 İyul 2019
Xarici İşlər naziri Elmar Məmmədyarov Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Dunya Miyatoviçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Xarici İşlər Nazirliyindən (XİN) Femida.az-a verilən məlumata görə, E.Məmmədyarov Avropa Şurasının yeni Baş katibinin seçilməsi məsələsini qeyd edərək, rəsmi Bakının təşkilatın yeni rəhbəri ilə işləməyə hazır olduğunu bildirib.
Bakıya səfəri çərçivəsində müvafiq dövlət qurumları ilə faydalı görüşlər keçirdiyini, cəzaçəkmə məntəqəsinə baş çəkdiyini diqqətə çatdıran D.Miyatoviç səfər proqramının təşkili üçün Azərbaycan tərəfinə təşəkkürünü ifadə edib.
Azərbaycana səfərinin əsas məqsədlərindən birinin məcburi köçkünlərin insan hüquqları olduğunu qeyd edən Komissar, azərbaycanlı məcburi köçkünləri ilə görüşdüyünü bildirib və onların ləqaqətli yaşamaları üçün Azərbaycan Hökuməti tərəfindən görülmüş işləri yüksək qiymətləndirib.
Öz növbəsində, E.Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə keçirilmiş görüşlər, eləcə də substantiv məsələlər üzrə danışıqların irəli aparılması yolları barəsində məlumat verib.
Azərbaycanın danışıqlar prosesində mövqeyinin dəyişilməz olduğunu vurğulayan nazir Ermənistan silahlı qüvvələrinin işğal edilmiş ərazilərimizdən çıxarılması və azərbaycanlı məcburi köçkünlərin öz doğma yurd-yuvalarına geri qayıtmasının vacibliyini vurğulayıb.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq və narahatlıq doğuran digər məsələlər barəsində müzakirələr aparılıb.
Femida.az
Oxunub: 363
Oxşar xəbərlər
- Azərbaycanın Şimal-Qərb bölgəsində qaz olmayacaq
- Azərbaycanın 3 rayonunda qaz kəsiləcək
- Azərbaycanın ABŞ-dakı səfiri Prezident Cozef Baydenlə görüşüb
- Azərbaycanın NATO-dakı nümayəndəsi geri çağırılıb
- Azərbaycanın Baş prokurorunun İtaliyaya işgüzar səfəri başlayıb
- Azərbaycanın Ukraynadakı səfirliyi Kiyevdə fəaliyyətini bərpa edib
- Azərbaycanın daha 2 güləşçisinin medal görüşlərindəki rəqibləri bəlli olub
- Azərbaycanın mebel istehsalçıları yeni xammal bazarı axtarır
- Azərbaycanın Əməkdar həkimi vəfat edib
- Azərbaycanın sərbəst güləş yığması Avropa çempionu olub