Prezident “Əməkdar mühəndis” fəxri adı verdi


17:09     06 Noyabr 2015 1-14446536500.jpg

Prezident İlham Əliyev Fuad Məmməd-Hüseyn oğlu Əliyevə və Rauf Səməd oğlu İsmayılova “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.


Femida.az xəbər verir ki, Prezident İlham Əliyevin imzaladığı sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Bakı Metropoliteninin istismarı sahəsində səmərəli fəaliyyətlərinə görə Fuad Məmməd-Hüseyn oğlu Əliyevə və Rauf Səməd oğlu İsmayılova “Əməkdar mühəndis” fəxri adı verilsin.

Açar sözlər:

Oxunub: 913