Avropa Ədalət Məhkəməsi Viktor Yanukoviçə tətbiq etdiyi sanksiyaları ləğv edib


19:12     11 İyul 2019 2019/07/19-20-17-865d274a38f10f0_1562858435.jpg

Avropa Ədalət Məhkəməsi Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçə qarşı tətbiq etdiyi sanksiyaların ləğv olunması barədə qərar çıxarıb.

APA-nın xəbərinə görə, bu barədə Avropa Ədalət Məhkəməsinin saytında məlumat dərc olunub.

Məhkəmənin qərarı V. Yanukoviçlə bərabər, onun oğlu Aleksandr Yanukoviç, Ukrayna Dövlət Vergi Xidmətinin sabiq rəhbəri Aleksandr Klimenko, baş nazirin sabiq müavini Sergey Arbuzov, sabiq baş prokuror Viktor Pşonka və onun oğlu Artyom Pşonka, prezident administrasiyasının sabiq rəhbəri Andrey Klyuyevi də əhatə edib.


Qeyd edək ki, bir neçə il əvvəl Avropa Ədalət Məhkəməsi Ukrayna büdcəsini mənimsəməkdə və insan haqlarını pozmaqda ittiham edilən V. Yanukoviç və bir neçə şəxsə qarşı iqtisadi sanksiyalar barədə qəbul edib.

Xatırladaq ki, ölkəsinin 4-cü prezidenti olan V. Yanukoviç 2010-2014-cü illərdə Ukraynaya rəhbərlik edib.

Açar sözlər:

Oxunub: 451