Vasif Talıbov televiziya işçilərini təltif edib


19:41     11 İyul 2019 19_07_11_1562859339.jpg

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iyulun11-də “Rəşadətli əməyə görə” nişanı ilə təltif haqqında Sərəncam imzalayıb.
Femida.az xəbər verir ki, sərəncama əsasən Naxçıvan Muxtar Respublikasında televiziya işində səmərəli fəaliyyətlərinə görə: Əliyev Rauf Cəlil oğlu, Hüseynov Nail Ağəli oğlu, Qafarov Toğrul Hüseyn oğlu, Mahmudov Vüsal Yusif oğlu − “Rəşadətli əməyə görə” nişanı ilə təltif ediliblər.

Qeyd edək ki, bu il "Kanal 35" televiziyasının yaradılmasının 15 ili tamam olur. Təltif olunan şəxslər "Kanal 35" televiziyasının əməkdaşlarıdır.

Açar sözlər:

Oxunub: 528