Yerevanda ömürlük məhbusların qohumları etiraz aksiyası keçirib


19:55     11 İyul 2019 19_07_11_1562859529.jpg

Yerevanda hökumət binasının qarşısında ömürlük azadlıqdan məhrum edilən məhbusların qohumları etiraz aksiyası keçirib.

Femida.az “Panorama.am”a istinadən xəbər verir ki, onlar həmin məhbusların işinə yenidən baxılmasını tələb ediblər.

Helsinki Assosiasiyasının sədri Nina Karapetyan bildirib ki, Ermənistanda ömürlük azadlıqdan məhrum edilən 91 məhbus var: “Ötən 20 ildə onların saxlanılması şəraitində heç bir dəyişiklik yoxdur. Həmin məhbuslara verilən cəzanı dəyişmək imkanları da heç vaxt olmayıb”.

Açar sözlər:

Oxunub: 453