Polis rəisinin oğlu bu binadan yıxılıb ölüb... - Foto


20:04     11 İyul 2019 19_07_11_1562859807.jpg

Xəbər verdiyimiz kimi, bu gün “Qorotdel”in Cinayət Axtarış İdarəsinin rəisi, polis polkovniki Əliaslan Ağayevin oğlu Orxan Ağayev 5-ci mərtəbədən düşərək vəfat edib.


“Qafqazinfo”nun əməkdaşları hadisə yerində olaraq qonşularla söhbət edib.

28 yaşlı Orxan 5 mərtəbli binanın 5-ci mərtəbəsindən düşüb. O, binanın tinində dayanan “Niva” markalı avtomobilin arxasında yerə düşüb.



Şahidlərin sözünə görə, polkovnik ailəsi ilə bu binada yaşayıb. Həmin an Orxanın yalnız anası evdə olub, böyük qardaşı sonradan hadisə yerinə gəlib.

Qeyd edək ki, Ə.Ağayevin iki oğlu olub. Orxan Ağayev subay olub.

Baş verən hadisənin intihar, yoxsa ehtiyatsızlıqdan olduğu istintaq zamanı müəyyən olunacaq.

Açar sözlər:

Oxunub: 996