Cəbəllütariq polisi İran gəmisinin kapitanı və baş zabitini həbs edib


20:33     11 İyul 2019 hebs.jpg

Cəbəllütariq polisi “Grace 1” neft tankerinin kapitanı və baş zabitini həbs edib.

Femida.az xəbər verir ki, məlumatı RT yayıb.

Bu neftdaşıyan gəmi İrana məxsusdur və Suriyaya neft daşımaqda şübhəli bilinir.

Qeyd edək ki, iyulun 4-də Cəbəllütariqin liman nümayəndələri və polisinin Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Donanması ilə birgə keçirdiyi əməliyyatda Suriyaya qeyri-qanuni yolla xam neft daşıyan supertanker saxlanılıb. “Grace 1” gəmisi Avropa İttifaqının Suriyaya qarşı sanksiyalarını pozaraq hərəkət edib.

Məlumata görə, yük Suriyanın Banyas şəhərindəki neft emalı zavoduna çatdırılmalı idi. Tankerdə iki milyon barel xam neft olduğu bildirilir.

Açar sözlər:

Oxunub: 378


Oxşar xəbərlər