Siyəzəndə “Mercedes" yanıb


09:51     12 İyul 2019 yangin_masin_456.jpg

Siyəzən rayonunun Yenikənd kəndində “Mercedes” markalı mikroavtobusun mühərrik hissəsi, idarəetmə lövhəsi və salon hissəsi qismən yanıb.

Femida.az FHN-in saytına istinadən xəbər verir ki, mikroavtobusun qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 390