Böyük Qafqazda yeni sel ocaqları açılıb - TƏDQİQAT
09:59 12 İyul 2019
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akad. H.Əliyev adına Coğrafiya İnstitutunun "Tufandağ ekogeomorfoloji dəstəsi"nin əməkdaşları Böyük Qafqazın cənub yamacında çöl tədqiqatları aparıblar.
AMEA-dan Femida.az-a verilən məlumata görə, baza Qəbələ rayonu Tüntül kəndi olmaqla, üç əsas və bir vizual istiqamətdə tədqiqat marşrutları seçilib.
Mütəxəssislər ekspedisiya müddətində relyefə antropogen təsirin artması ilə əlaqədar təbii tarazlığın pozulması, nəticə etibarı ilə ekzogen proseslərin sürətlənməsi, relyefin müxtəlif dərəcəli dəyişikliklərə məruz qalması kimi halları müşahidə ediblər. Bundan əlavə, araşdırmalar zamanı yay otlaq sahələrinin sürətli deqradasiyası, buzlaqların aşağı sərhədlərinin geri çəkilməsi ilə əlaqədar yeni sel ocaqlarının açılması və sayının artması, əvvəlkilərin isə xeyli genişlənməsi müəyyən olunub.
Femida.az
Oxunub: 451
Oxşar xəbərlər
- Böyük Britaniya Rusiyanın 3 aviaşirkətini sanksiyalar siyahısına daxil edib
- Böyük Britaniya Azərbaycana yeni səfir təyin edib
- Böyük Britaniya Vahid Ələkbərova sanksiya tətbiq edib
- Böyük Britaniya Azərbaycanla işgüzar əməkdaşlığı gücləndirəcək
- Böyük Britaniyada iki nəfərdə Omikron aşkarlandı
- Böyük Şor gölünün üzərində yaranmış qatı çirkab örtüyün təmizlənməsinə başlanılıb
- Böyük Vətən müharibəsinin yubiley medalının kimlərə veriləcəyi məlum olub
- Böyük Vətən müharibəsi iştirakçıları təltif edilib - SƏRƏNCAM
- Böyük Britaniya Ali Məhkəmənin qərarını alqışlayıb
- Sürətlə böyüyən Azərbaycan turizmi: Böyük potensial və istifadə imkanları