17 yaşlı oğlan göldə boğuldu


10:04     12 İyul 2019 2019/07/bgg_1562911565.png

Ağdam rayonunda 17 yaşlı oğlan boğularaq ölüb.



Femida.az Qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, hadisə iyulun 11-i saat 17 radələrində rayonun Baharlı-2 qəsəbəsində baş verib. Mirəşelli kənd sakini, 2002-ci il təvəllüdlü Quliyev Elmir Yalçın oğlu qardaşı Akşin və dostları ilə birgə göldə üzərkən boğularaq ölüb.

Rayon polis və prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə tibb ekspertizası təyin edilib.

Araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 1323