Əhali daha çox nəyə pul xərcləyir? Ərzaq, siqaret, geyim, dərman... (SİYAHI)


11:17     12 İyul 2019 valyuta_manat_0257.jpg

2019-cu ilin yanvar-iyun aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 2,8 faiz üstələyərək 18,0 milyard manata bərabər olub.


Femida.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin açıqlamasında bildirilir.

Məlumata görə, ticarət dövriyyəsinin 8944,9 milyon manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 9033,0 milyon manatını qeyri-ərzaq məhsulları təşkil edib və satılan məhsulların dəyəri 2018-ci ilin yanvar-iyun aylarına nisbətən real ifadədə müvafiq olaraq 2,5 faiz və 3,1 faiz artıb.

Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 303,2 manat və ya 2018-ci ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 11,5 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 150,9 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 152,3 manatlıq qeyri-ərzaq məhsulları alıb.

Femida.az

Açar sözlər:

Oxunub: 565