Ətin qiyməti bahalaşıb - Statistika
11:55 12 İyul 2019
2019-cu ilin yanvar-iyun aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2018-ci ilin müvafiq dövrünə nisbətən 2,5 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 2,7 faiz, qeyri-ərzaq mallarının qiymətləri 1,3 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 3,2 faiz bahalaşıb.
Femida.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin açıqlamasında bildirilir.
Məlumata görə, cari ilin iyun ayında may ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,5 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 1,1 faiz ucuzlaşmış, qeyri-ərzaq mallarının və əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri sabit qalıb.
Ay ərzində mal və qoyun ətinin, təzə balığın, pasterizə olunmamış üzlü südün, yumurtanın, bananın, albalının, gilasın, alçanın, əriyin, şaftalının, kələmin, pomidorun, xiyarın, bibərin, badımcanın, göy lobyanın, çuğundurun, yerkökünün, soğanın, sarımsağın, kartofun, energetik içkilərin qiymətlərində ucuzlaşma, yumru düyünün, buğda ununun, qarabaşaq yarmasının, makaron məmulatlarının, toyuq ətinin, kolbasa məmulatlarının, sterilizə olunmuş üzlü südün, şəkərli qatılaşdırılmış südün, yoqurtun, xamanın, pendirin, kəsmiyin, kərə və bitki yağlarının, limonun, çiyələyin, şabalıdın, göyərtinin, şəkər və şəkər tozunun, qəhvə, çay və kakaonun, dondurmanın, mineral suların, kola içkisi və limonadın qiymətlərində isə bahalaşma müşahidə olunub.
Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Femida.az
Oxunub: 510
Oxşar xəbərlər
- Azərbaycanda insan alveri qurbanlarının statistikası açıqlanıb
- Baş Prokurorluq Amnistiya Aktının tətbiqi ilə bağlı yeni statistikanı açıqlayıb
- Ermənistanın hakimiyyət qurumlarının statistika oyunları
- Dünyada koronavirusla bağlı son statistika
- Ölkə üzrə COVID-19-a yoluxma statistikası açıqlanıb
- Azərbaycanda yoluxma ilə bağlı yeni statistika
- Ölkə üzrə COVID-19-a yoluxma statistikası
- COVİD statistikası: Azərbaycanda 42 nəfər ölüb
- Bu gün Azərbaycanda koronavirusdan ölən olmadı - STATİSTİKA
- 20 günün qəza statistikası: 43 ölü, 16 yaralı