Mərdəkanda zəncirvari qəza , 4 maşın toqquşdu - VİDEO


14:37     12 İyul 2019 qeza_avto.jpg

Bu gün günorta saatlarında Bakının Mərdəkan qəsəbəsində zəncirvari yol qəzası baş verib.


Femida.az Azvision.az -a istinadən xəbər verir ki, qəza qəsəbənin Nizami adına Mədəniyyət Mərkəzinin qarşısında qeydə alınıb.

Belə ki, “Volkswagen Jetta”, “Opel Astra”, “Mercedes” və “Kia Sportage” markalı avtomobillər toqquşub. Qəza nəticəsində xəsarət alan olmasa da maşınlara ciddi xəsarət dəyib.

Qəzadan sonra nəqliyyat vasitələrinin hərəkətində tıxac yaranıb.Hadisə yerinə DYP əməkdaşları cəlb edilib, qəzanın səbəbləri araşdırılır.


Açar sözlər:

Oxunub: 764