Keçmiş məhkumdan narkotik vasitələr aşkarlandı


16:01     12 İyul 2019 2019/07/37bd819868fe8d1c4508ea2acb2fd786_1562933015.jpg

Keçmiş məhkumdan narkotik vasitələr aşkarlandı
Göytəpə sakinindən narkotik vasitələr aşkar edilib.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az
-a verilən məlumata görə, Cəlilabad RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Göytəpə şəhər sakini, əvvəllər məhkum olunmuş Ə.Zülfüqarovun həyətyanı sahəsindən 24 ədəd çətənə kolu, evindən isə həşiş, 2 kiloqram 132 qram marixuana, çətənə tumları, heroin, 1 ədəd elektron tərəzi və 1 ədəd marxiuana hazırlayan xüsusi aparat aşkar edilərək götürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 377