Vüsal Hüseynov ABŞ səfiri ilə görüşüb


16:20     12 İyul 2019 19_07_12_1562933848.jpg


Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov ABŞ-ın ölkəmizə yeni təyin olunmuş səfiri Örl Litzenberqerlə görüşüb.


Femida.az-ın xəbərinə görə, V. Hüseynov iki ölkə arasında əlaqələrin inkişafını vurğulayaraq, son illər Azərbaycanda miqrasiya sahəsində də bir sıra yeni layihələrin həyata keçirildiyini diqqətə çatdırıb.

Azərbaycanla ABŞ arasında müxtəlif istiqamətlər üzrə imzalanmış sənədlərin əhəmiyyətini bildirən səfir xalqlarımız və ölkələrimiz arasında əlaqələrin bundan sonra da dərinləşəcəyinə əminliyini ifadə edib.

Görüşdə Azərbaycanla ABŞ arasında miqrasiya sahəsində əlaqələrin daha da möhkəmləndirilməsi, əməkdaşlığın gələcək inkişaf perspektivləri və digər məsələlər müzakirə olunub.

Femida.az

Açar sözlər: #miqrasiya   #DMX  

Oxunub: 609