Hikmət Hacıyev “Chatham House”da çıxış edib


18:33     12 İyul 2019 2019/07/205d2874ff1196d_1562935687.jpg

Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Böyük Britaniyanın Royal beynəlxalq münasibətlər institutu – “Chatham House” mərkəzində Azərbaycanın xarici siyasət prioritetləri mövzusunda çıxış edib.



Femida.az-ın xəbərinə görə, tədbirdə Qafqaz üzrə ekspert Tomas de Vall və digərləri iştirak edib.

Tədbirdə H. Hacıyev Azərbaycanın xarici siyasətinin təməl prinsipləri, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanın regionda aparıcı rolu, inkişafı və həyata keçirdiyi mühüm layihələr barədə iştirakçıları məlumatlandırıb.

REKLAM


O, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın regional liderliyi və uğurlu inkişafı, ölkəmizdə aparılan köklü islahatlar barədə danışıb

H. Hacıyev Ermənistanın qeyri konstruktiv mövqeyi və işğal olunmuş ərazilərdə qeyri-qanuni fəaliyyətləri, təmas xəttində vəziyyəti gərginləşdirməsi barədə ətraflı çıxış edib. 2 saata qədər davam edən müzakirələrdə şöbə müduru auditoriyanın çoxsaylı suallarını cavablandırıb.

Qeyd edək ki, “Chatam House” beynəlxalq münasibətlər sahəsində dünyanın aparıcı mərkəzlərindən biridir. Beynəlxalq ictimai siyasi fikrə ciddi təsiri var.

Femida.az

Açar sözlər:

Oxunub: 592