Zelenskidən Poroşenko və onun komandasına zərbə


17:14     12 İyul 2019 19_07_12_1562936202.jpg

Ukrayna Prezidenti Vladimir Zelenski sələfi Petro Poroşenko və onun komanda üzvlərinin lüstrasiyasını nəzərdə tutan qanun layihəsini Ali Radaya təqdim edib. Femida.az -ın “Rosbalt” agentliyinə istinadən verdiyi xəbərə görə, qanun layihəsi parlamentin saytında dərc olunub.

Qeyd edək ki, lüstrasiya hökumət rəsmilərinin rejim dəyişikliyindən sonrakı “təmizləmə” aktını və onların kütləvi şəkildə işdən çıxarılması deməkdir.

Məlumata görə, bu cür tədbirlər 23 fevral 2014-19 may 2019-cu il tarixlərində Poroşenkonun komandasında işləyən hər kəsə şamil olunacaq. Siyahıda prezident, Ali Radanın spikeri və bütün deputatları, Təhlükəsizlik Xidmətinin, Antimonopoliya Komitəsinin və Dövlət Əmlak Fondunun sədrləri, Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi, gömrük və vergi xidmətlərinin rəhbərliyi var.

Xatırladaq ki, sonuncu dəfə kütləvi lüstrasiya Viktor Yanukoviç vəzifəsindən uzaqlaşdırıldıqdan sonra həyata keçirilib.

Açar sözlər:

Oxunub: 461