İraq 44 əsgərin sümüklərini İrana verdi


17:37     12 İyul 2019 2019/07/meyit_yeni-sumuk-cesed_1562936777.jpg

İraq rəhbərliyi 1980-1988-ci illər arasında İran ilə aparılan müharibədə ölən 44 əsgərin sümüklərini İrana verib.

Bu barədə İraq Sərhəd-Keçid Məntəqələri Qurumundan açıqlama verilib. Əsgərlərin sümükləri Şelamca sərhəd-keçid məntəqəsindən İran tərəfinə təhvil verilib. Mərasimdə Beynəlxalq Qırmızı Xaç Komitəsindən (ICRC) nümayəndələr də iştirak edib. 44 cəsəddən 21-nin kimliyinin müəyyən edildiyini qeyd edən rəsmilər cəsədlərin İraqın Bəsrə ilə Misan rayonlarında aparılan birgə işin nəticəsində tapıldığını deyib. Xatırladaq ki, İraqın devrilmiş lideri Səddam Hüseyn dövründə 1980-1988-ci illər arasında İran-İraq müharibəsi, təxminən bir milyon insanın həyatını itirməsinə, 150 milyard dollar maddi ziyana, hər iki ölkədə də ağır dağıntılara yol açmışdı.

Femida.az

Açar sözlər:

Oxunub: 387