Azərbaycanla Küveyt arasında yeni aviareys açılır


19:22     12 İyul 2019 19_07_12_1562943190.jpg

“Kuwait Airways” şirkəti avqustun 1-dən Əl-Küveyt – Bakı – Əl-Küveyt marşrutu üzrə reyslərin yerinə yetirilməsinə başlayacaq.

Femida.az “İnterfax” agentliyinə istinadən xəbər verir ki, uçuşlar həftədə 2 dəfə - cümə axşamı və bazar günləri, “Airbus A320-100/200” markalı sərnişin təyyarələri ilə həyata keçiriləcək.

Əl-Küveytdən təyyarə yerli vaxtla saat 10:10-da qalxacaq və Bakı vaxtı ilə saat 13:40-da Heydər Əliyev Beynəlxalq Aeroportuna enəcək. Geriyə uçuş isə Bakı vaxtı ilə saat 14:40-da başlayacaq və Əl-Küveyt vaxtı ilə saat 16:20-də yekunlaşacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 483