Azərbaycan Prezidenti Monteneqronun dövlət başçısını təbrik edib


20:32     12 İyul 2019 345135_456625serencam.jpg

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Monteneqronun Prezidenti Milo Cukanoviçə təbrik məktubu ünvanlayıb.

Femida.az-ın məlumatına görə, təbrik mətnində deyilir:

"Hörmətli cənab Prezident,

Monteneqronun milli bayramı münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Monteneqro arasındakı dostluq və əməkdaşlıq münasibətləri ardıcıl şəkildə inkişaf edərək xalqlarımızın rifahına bundan sonra da töhfələr verəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza daim əmin-amanlıq və firavanlıq arzulayıram".

Femida.az

Açar sözlər:

Oxunub: 367