Komitədə tədbir keçirilib


21:52     12 İyul 2019 2019/07/82275FD2-9EFE-490B-A9D1-B44FC7D93E7E_1562952777.jpeg

Bu gün Diasporla İş üzrə Dövlət Komitəsində Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişinin 50 illiyinə həsr olunmuş tədbir keçirilib.

Femida.az xəbər verir ki, tədbirdə çıxış edən Komitə sədri Fuad Muradov ümummilli liderin ölkəmizin və xalqımızın həyatındakı əvəzedilməz rolundan bəhs edib: “Diaspor siyasəti də həmin dövlətçilik siyasətinin çox mühüm hissəsini təşkil edirdi. Ümummilli lider bu sahədə ardıcıl tədbirlər gördü. Bu gün ümummilli liderin əsasını qoyduğu strategiya Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün istiqamətlərdə, o cümlədən diaspor sahəsində də uğurla davam etdirilir”.

Tədbirdə çıxış edən Milli Məclisin Mədəniyyət komitəsinin sədri, akademik Rafael Hüseynov vurğulayıb ki, Azərbaycanın müasir tarixinin bütöv bir mərhələsi, eləcə də müstəqil dövlətimizin inkişafı, məhz ulu öndərin adı və fəaliyyəti ilə bağlıdır.

Ümummilli liderin ölkəmizdə qanunvericilik sahəsində gördüyü işlərdən danışan Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov bildirib ki, ulu öndər Heydər Əliyev öz fədakar və vətənpərvər fəaliyyəti ilə adını xalqımızın ictimai-siyasi fikir və dövlətçilik tarixinə qızıl hərflərlə yazıb.

Tədbirdə ulu öndərin həyat və fəaliyyəti barədə sənədli film nümayiş olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 420


Oxşar xəbərlər