Goranboyda silahlı insident: Polis ona hücum edən şəxsi güllələdi
09:22 13 İyul 2019
Goranboyda baş verən silahlı insidentin təfərrüatları məlum olub.
Femida.az xəbər verir ki, Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, ötən gün saat 22:30 radələrində Goran qəsəsbəsi ərazisində xidmət aparan rayon Polis Şöbəsinin əməliyyat müvəkkili Vüsal Kərimova bir vətəndaş müraciət edərək bir qrup şəxsin yol kənarında toplaşaraq mübahisə etdiyini bildirib.
Dərhal polis əməkdaşı onlara yaxınlaşıb. Bu zaman mübahisə edənlərdən Lətif Əmrahov polis əməkdaşı ilə mübahisə edib, onu yumruqla vuraraq yerə yıxıb. Belə olan halda polis əməkdaşı ona təhkim olunmuş tabel silahı ilə havaya xəbərdarlıq atəşi açıb. Silahdan açılan güllə L.Əmrahova dəyərək onu yaralayıb. Bunu görən L.Əmrahovun qardaşı Təbriz Əmrahov polis əməkdaşının əlindən silahı alaraq onu güllələmək istəyib. Silahdan atəş açılmadığını görən T.Əmrahov tapançanın qundağı ilə polis əməkdaşının baş nahiyəsinə zərbələr endirib.
Hadisə yerinə dərhal Goranboy rayon Polis Şöbəsinin əməkdaşları gəlib. Hadisə iştirakçılarının hamısı saxlanılıb. Xəsarət alan polis əməkdaşı V.Kərimov və L.Əmrahov xəstəxanaya yerləşdiriliblər.
Hər iki şəxsin xəstəxanada polis nəzarəti altında müalicəsi davam edir.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.
Oxunub: 715
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- Ceyhun Bayramov: “Müstəqilliyimizə dəstəyə görə qardaş Özbəkistana minnətdarıq”
- Nazirlik nümayəndəsi: “İndiyədək Xocavənddə 25 nəfərin meyitinin qalıqları aşkarlanıb”
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 44 tankı məhv edilib"
- BNA: "147 avtobusun hərəkət intervalında gecikmə var"
- Xanlar Vəliyev: “Ötən 8 ayda qeydə alınmış cinayətlərin 99 faizi açılıb”
- DİN: "Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq"
- Heydər Məmmədov: "Prokurorluqda israfçılığa yol verilməməsi üçün bir çox işlər görülüb"
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"