Prokuror lal-kar oğlunu öldürən ataya 20 il cəza istədi


21:10     06 Aprel 2015 1398947325_mehkeme.jpg


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 14 yaşlı lal-kar oğlunu öldürməkdə təqsirli bilinən Bakı şəhər sakini, 1974-cü il təvəllüdlü Eldəniz Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.


Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başa çatdırılb və çıxış etmək üçün prokurora söz verilib. Prokuror Eldəniz Məmmədovun 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.


Məhkəmə prosesi aprelin 9-da davam etdiriləcək.


Xatırladaq ki, hadisə ötən ilin iyulun 21-də Qobu qəsəbəsində baş verib. Qəsəbə sakini Eldəniz Məmmədov yaşadığı evdə ailə münaqişəsi zəminində 14 yaşlı lal-kar oğlu İbrahim Məmmədovu bıçaqla qətlə yetirib.


Onu da qeyd edək ki, Eldəniz Məmmədov bundan qabaq da məhkumluq həyatı yaşayıb. 2003-cü ildə prezidentin əfv sərəncamı ilə azadlığa buraxılıb.


Qeyd edək ki, Eldəniz Məmmədov keçən məhkəmə proseslərində oğlunu öldürmədiyini bildirib. İttiham üzrə özünü təqsirli bilməyib. O ifadəsində 14 yaşlı lal-kar oğlu İbrahimi həyat yoldaşı Simuzər Məmmədovanın qətlə yetirdiyini iddia etmişdi.


Femida.az 

Açar sözlər:

Oxunub: 748