Ağırçəkili şəxs xəstəxanaya çatdırıldı


09:30     13 İyul 2019 19_07_13_1562995879.jpg

Bakıda xilasedicilər ağırçəkili şəxsin xəstəxanaya çatdırılmasına yardım ediblər.



Femida.az -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonunda ağırçəkili 1 nəfərin mənzildən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilməsi üçün müraciət daxil olub.

Çağırış ünvanına cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən vətəndaşa müvafiq köməklik göstərilib.

Açar sözlər:

Oxunub: 1150