Palata 2 kredit ittifaqının lisenziyasını ləğv etdi

Palata 2 kredit ittifaqının lisenziyasını ləğv etdi


10:45     13 İyul 2019 lisenziya15%20mart.jpg


Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) İdarə Heyətinin qərarı ilə Azərbaycanda fəaliyyət göstərən daha 2 kredit ittifaqının lisenziyası ləğv edilib.


Femida.az xəbər verir ki, bunlar Ağcabədi rayonundakı "Aran 2011" və Beyləqan rayonundakı "Mikroinvest" kredit ittifaqlarıdır.

Son nəticədə ölkədə kredit ittifaqlarının sayı 49-dan 47-yə düşüb, 2019-cu ildə lisenziyası ləğv edilmiş kredit ittifaqlarının sayı isə 12-dən 14-ə çatıb. 2018-ci ildə isə Palata 15 kredit ittifaqını maliyyə bazarından kənarlaşdırmışdı.

Femida.az

Açar sözlər: #lisenziya  

Oxunub: 175