Moldova vətəndaşı Şəkidə ölüb


15:42     13 İyul 2019 meyit.jpg

Azərbaycana turist kimi səfər edən 46 yaşlı Moldova vətəndaşı Şəkidə ölüb.


APA-nın yerli bürosunun məlumatına görə, Moldovadan Şəki şəhərində yaşayan dostunun ziyarətə gələn, 1973-cü il təvəllüdlü Nikolay Şerbanın səhhəti dostunun evində qəfildən pisləşib.

Hadisə yerinə çağırılan Təcili Yardım Şöbəsinin əməkdaşları N. Şerbanı müayinə etdikdə, onun öldüyü müəyyən olunub.


İlkin araşdırmalara görə, N. Şerbanın ürək tutmasından öldüyü məlum olub.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 529