52 yaşlı kişi həyətində 5 kq narkotik yetişdirdi


15:50     13 İyul 2019 19_07_13_1563009372.jpg

Goranboy rayonunda narkotik istehsalçısı saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Femida.az-a verilən məlumata görə, Goranboy RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Xoylu kənd sakini 52 yaşlı Elman Hüseynova məxsus evin həyətyanı sahəsində xüsusi aqrotexniki qaydada qulluq edilmiş narkotik xassəli çətənə - Kannabis bitkiləri aşkarlanaraq götürülüb. Hal şahidlərinin iştirakı ilə həyətyanı sahəyə baxış zamanı oradan 24 ədəd çətənə kolu aşkar olunub.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində E. Hüseynovun yaşadığı evindən və həyətindəki tövlədən ümumi çəkisi 5 kiloqram 727 qram narkotik vasitə olan qurudulmuş marxiuana aşkar edilərək götürülüb.

Hər iki faktla əlaqədər Goranboy rayon Polis Şöbəsinin İstintaq bölməsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Açar sözlər:

Oxunub: 450