46 yaşlı qadını maşın vurub öldürdü
19:03 13 İyul 2019
Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
Femida.az Trend-ə istinadən bildirir ki, hadisə gecə saatlarında Mərdəkan-Bakı şosesində baş verib.
Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü Vəliyev Emil Vəli oğlu etibarnamə ilə idarə etdiyi "VAZ-2106" markalı 02-BB-046 dövlət qeydiyyat nişanlı avtomobillə Mərdəkan-Bakı şosesi, Qala qəsəbəsi ərazisində hərəkətdə olarkən yolu keçən piyada, Zərdab rayon sakini, 1973-cü il təvəllüdlü Qarayeva Nisə Vəli qızını vurub.
Qadın hər iki qolun və hər iki ayağın sınığı xəsarəti alaraq 3 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. N.Qarayeva aldığı xəsarətlərdən xəstəxanada vəfat edib.
Faktla bağlı Xəzər RPİ-də cinayət işi başlanıb.
Femida.az
Oxunub: 454
Oxşar xəbərlər
- 46 mindən çox namizəd müəllim olmaq üçün imtahan verəcək
- 46 mindən çox vergi ödəyicisi yardım üçün müraciət edib
- 46 aviaşirkət Çinə uçuşları dayandırdı
- 46 yaşlı kişi intihar edib
- 460 min hektardan çox ərazidə taxıl biçini aparılıb
- 4624 iddiaçıdan 154 nəfəri "güzəştli mənzil" aldı - Qalanların taleyi necə olacaq?
- 461 şəhid polisin vərəsələrinə birdəfəlik ödəmə veriləcək
- 46 yaşlı kişi yataqxanada özünü asdı
- 464 azərbaycanlı xaricdən geri qaytarılıb
- 46 yaşlı kişi kəsdiyi ağacın altında qalıb öldü