İranın xarici işlər naziri ABŞ-a gedib


21:58     13 İyul 2019 19_07_13_1563040154.jpg

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ABŞ-a səfər edib.


Femida.az -İRNA-ya istinadən verdiyi xəbərə görə, bu barədə İran Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Musəvi bildirib.
Onun sözlərinə görə, Məhəmməd Cavad Zərif BMT-nin İqtisadi və Sosial Şurasının Nyu-Yorkda keçiriləcək illik iclasında iştirak edəcək.

İranlı nazir daha sonra Qoşulmama Hərəkatına üzv dövlətlərin xarici işlər nazirlərinin görüşündə iştirak üçün Venesuelaya səfər edəcək.

Açar sözlər:

Oxunub: 392