ABŞ S-400-lərə görə Türkiyəyə qarşı sanksiya paketi hazırlayıb
10:33 14 İyul 2019
ABŞ Rusiyadan S-400 zenit raket kompleksləri aldığı üçün gələn həftə Türkiyəyə qarşı sanksiya tətbiq etməyi planlaşdırır.
Femida.az “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə öz mənbələrinə istinadla “Bloomberg” məlumat yayıb.
Bildirilir ki, Donald Tramp administrasiyası artıq konkret tədbirlər haqqında sanksiya paketi hazırlayıb. Bundan başqa, nəşr yazır ki, Vaşinqton məsuliyyətin öz üzərində qalmaması üçün 2016-cı ildə Türkiyədə baş vermiş dövlət çevrilişinə cəhd aktının ildönümünü gözləmək niyyətindədir.
Xatırladaq ki, iyulun 12-də rəsmi Ankara S-400 komplekslərinin tədarükünün başlanıldığını elan edib. Kreml isə bütün tədarükün əvvəlcədən əldə olunmuş razılaşma əsasında həyata keçiriləcəyini bildirib.
Oxunub: 348
Oxşar xəbərlər
- Abşeronda hərbi sursat aşkarlanıb
- ABŞ-da atışma olub, ölən və yaralananlar var
- ABŞ səfirliyi Anım Günü ilə bağlı Azərbaycana başsağlığı verib
- Abşeronda kişi qısqanclıq zəminində bıçaqlanıb
- ABŞ Qarabağla bağlı narahatlığını bildirib
- ABŞ dünya ictimaiyyətini meymunçiçəyi ilə mübarizə aparmağa çağırır
- ABŞ-da paradda atışmada ölənlərin sayı 7 nəfərə çatıb
- ABŞ və İran nümayəndələri arasında danışıqlar davam etdiriləcək
- Abşeronda quldurluq edən iki nəfər saxlanılıb
- ABŞ-da yük maşınında 46 nəfərin meyiti aşkarlanıb