Qeyri-sabit hava sabahdan düzələcək
14:00 14 İyul 2019
Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava yağmursuz olacaq. Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 18-22° isti, gündüz 27-32° isti, Bakıda gecə 19-21° isti, gündüz 30-32° isti təşkil edəcək.
Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunundan 754 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 45-55 % olacaq.
Abşeron çimərliklərində mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) dəniz suyunun temperaturu: 21-22° isti, cənub çimərliklərində(Türkan, Hövsan, Sahil, Şıx) 22-23° isti təşkil edəcək.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Dağlıq ərazilərdə dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 19-24° isti, gündüz 33-38° isti, dağlarda gecə 9-14° isti, gündüz 19-24° isti təşkil edəcək.
Femida.az
Oxunub: 497
Oxşar xəbərlər
- Qeyri-sabit hava şəraiti ilə bağlı növbəti xəbərdarlıq yayılıb
- Qeyri-sabit hava şəraiti ilə bağlı növbəti xəbərdarlıq yayılıb
- Qeyri-sabit hava ayın 27-dək davam edəcək
- Qeyri-sabit hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ
- Qeyri-sabit hava sabahdan düzələcək
- Qeyri-sabit hava şəraiti bu tarixədək davam edəcək
- Qeyri-sabit hava sabah da davam edəcək
- Qeyri-sabit hava sabah da davam edəcək
- Qeyri-sabit hava nə qədər davam edəcək?
- Qeyri-sabit hava sentyabrın 24-dək davam edəcək - XƏBƏRDARLIQ