Bakıda 61 yaşlı qadın su quyusuna düşərək ölüb


16:55     14 İyul 2019 su_quyusu_0111.jpg

Bakıda 1 nəfər su quyusuna düşüb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Femida.az-a verilən məlumata görə, FHN-nin"112" qaynar telefon xəttinə, Bakı şəhərinin Suraxanı rayonunda 1 nəfərin su quyusuna düşərək orada köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri 1958-ci il təvəllüdlü İsmayılova Tahirə Müzəffər qızının meyitini su quyusundan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Femida.az

Açar sözlər:

Oxunub: 456