Sumqayıtda özünü dənizə atan 17 yaşlı qız xilas edilib


19:26     14 İyul 2019 denizde-boguldu.jpg

Sumqayıtda intihara cəhd olub.

Femida.az-ın məlumatına görə, hadisə dənizkənarı bulvarda qeydə alınıb.

Bir gənc qız özünü dənizə atıb. Dərhal əraziyə xilasedicilər cəlb edilib və o, sudan çıxarılıb.

İntihara cəhd edən şəxsin 2002-ci il təvəllüdlü Günəş Umudova olduğu müəyyən edilib. G. Umudova Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib və ona tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 906