Mingəçevirdə toyda dava - Bir nəfər bıçaqlanıb


20:56     14 İyul 2019 bicaq_787.jpg

Mingəçevirdə toyda düşən kütləvi dava zamanı bir nəfər bıçaqlanıb.

Femida.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə “Sevgi” şadlıq sarayında keçirilən toy mərasimində baş verib.

Mübahisə bir qrup arasında kütləvi dava ilə nəticələnib və 1991-ci il təvəllüdlü Məmmədov Röyal Məcnun oğlu kürək nahiyəsindən bıçaqlanıb.

Daha bir neçə nəfər yüngül xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 378