Ağstafada "F-1" əl qumbarası tapılıb
09:06 15 İyul 2019
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağstafa rayonu, Sadıqlı kəndi ərazisində əl qumbarasının tapılması barədə məlumatlar daxil olub.
ANAMA-dan verilən məlumata görə, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Ağstafa rayon Polis Şöbəsinin əməkdaşları əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri və Ağstafa rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əraziyə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb.
Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd F-1 əl qumbarası aşkarlanıb, zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Əl qumbarasının ətrafında 200 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.
Oxunub: 270
Oxşar xəbərlər
- Ağstafada avtomobil qəzası olub, xəsarət alanlar var
- Ağstafada avtomobil qəzası olub, xəsarət alanlar var
- Ağstafada 87 yaşlı kişini avtomobil vuraraq öldürüb
- Ağstafada 16 yaşlı oğlan süni göldə boğulub
- Ağstafada qonşular arasında dava olub
- Ağstafada yol qəzalarında 3 nəfər xəsarət alıb
- Ağstafada qatar gənc oğlanı vuraraq öldürüb
- Baş prokuror Ağstafada vətəndaş qəbulu keçirib
- Baş prokurorun Ağstafada vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib
- Ağstafada evdən oğurluq etmək istəyən şəxs baltalanıb