Deputatlar tətilə çıxdı


09:10     15 İyul 2019 milli%20meclis3.jpg


Milli Məclisin deputatları bu gündən tətilə çıxıblar.


Femida.az xəbər verir ki, parlamentin üzvləri iyulun 15-dən avqust ayının 30-dək istirahətdə olacaqlar.

Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, tətil dövründə qanunverici orqanın növbədənkənar sessiyası çağırıldıqda parlamentin tətili növbədənkənar sessiyanın keçirildiyi müddətə dayandırılır və deputatlar həmin müddətə məzuniyyətdən geri çağırılırlar.

“Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanuna əsasən, deputatlara məzuniyyətdə olduqları zaman müalicə olunmaları və istirahət etmələri üçün iki aylıq vəzifə maaşı məbləğində müavinət ödəniləcək.

Sentyabrın 15-dən Milli Məclisin komitələri fəaliyyətə başlayır. Payız sessiyası isə sentyabrın 30-da başlayır və dekabrın 30-dək davam edir.

Femida.az

Açar sözlər: #deputat  

Oxunub: 344