Türk ordusu daha 68 terrorçunu məhv etdi


09:20     15 İyul 2019 2019/07/6b37fdf1-517d-49bd-a7cd-3a9c98414140_1563168067.jpg


Türkiyə hərbçilərinin İraqın şimalında keçirdiyi "Pəncə" əməliyyatı ilə aşkarladığı mağaralardan birində 3 PKK terrorçusunun cəsədi tapılıb.


Femida.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin "Twitter" səhifəsində qeyd edilib.

Bununla da əməliyyatın başlanğıcından məhv edilən terrorçuların sayı 68-ə çatıb. "Pəncə-1" əməliyyatı mayın 27-də İraqın şimalında, Türkiyənin milli müdafiə naziri Hulusi Akarın rəhbərliyi ilə başlayıb.

Qeyd edilir ki, iyulun 12-də yerli vaxtla saat 22:00-da İraqın şimalında yeni "Pəncə-2" antiterror əməliyyatı başlayıb. Terrorçular əleyhinə mübarizəyə artilleriya, helikopterlər və pilotsuz uçuş aparatları cəlb edilib.

Femida.az

Açar sözlər: #Türkiyə  

Oxunub: 285