Göygöldə kişi sirkə turşusundan zəhərlənib


09:22     15 İyul 2019 19_07_15_1563168226.jpg

Göygöldə zəhərlənmə olub.

Femida.az xəbər verir ki, rayonun Hacıməlik kənd sakini, 48 yaşlı Rəhim Abdullayev sirkə turşusu zəhərlənməsi əlaməti ilə xəstəxanaya yerləşdirilib.

Ona tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir. R.Abdullayevin hansı şəraitdə zəhərləndiyi hələlik məlum deyil.(oxu.az)

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 313