Yalçın Rzazadə müalicə üçün Türkiyəyə aparılıb


09:49     15 İyul 2019 2019/07/yalcin-rza_1562834578.jpg


Səhhətində ciddi problemlər yaranan Xalq artisti, müğənni Yalçın Rzazadə müalicə olunması üçün Türkiyəyə aparılıb.


Bunu Xalq artistinin oğlu Yusif Rzazadə deyib.

O bildirib ki, atası bu ölkədəki xəstəxanaların birində tam müayinə və müalicə kursu keçəcək: "Hazırda müayinələr bitib və atamın müalicəsi davam etdirilir".

Qeyd edək ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, Xalq artisti Yalçın Rzazadənin səhhəti ilə bağlı məsələləri Fond nəzarətinə götürüb.

Xatırladaq ki, 73 yaşlı Y.Rzazadənin mədəsində bir neçə yara aşkarlanıb. / Report

Femida.az

Açar sözlər: #xalq_artisti  

Oxunub: 458