Azərbaycan Universiadada 7 medalla 18-ci olub


10:02     15 İyul 2019 19_07_15_1563170642.jpg

İtaliyanın Neapol şəhərində keçirilən XXX Ümumdünya Yay Universiadası başa çatıb.

Femida.az -ın məlumatına görə, iyulun 3-də start götürüb, 12 gün davam edən yarışda 222 dəst medal sahibini tapıb.

18 idman növündə mübarizə aparan 112 ölkədən 68-nin üzvləri Universiadanın mükafatına yiyələnib. Onlardan 43-cü çempionluq sevinci də yaşayıb.


Azərbaycan yığması Neapol-2019-da yeddi medal əldə edib. İdmançılarımız iki qızıl, üç gümüş və iki bürüncə yiyələniblər. Millimiz bu göstərici ilə Universiadanın medal siyahısında 18-ci olub.

1-ci yeri isə Yaponiya tutub. Rusiya 2-ci, Çin 3-cü olub.

Qeyd edək ki, Nazim Babayevlə (atletika, üçtəkanla tullanma), Marina Nekrasova (idman gimnastikası) qızıl, Hidayət Heydərov (cüdo, 73 kq) gümüş, cüdo üzrə Azərbaycan millisi və Patimat Abakarova (taekvondo, 53 kq) bürünc medal qazanıblar. Bədii gimnast Zöhrə Ağamirova isə 2 dəfə fəxri kürsüyə qalxıb. O, çoxnövçülükdə güzlərlə hərəkətdə gümüş medala sahib olub.

Açar sözlər:

Oxunub: 325