Şəkidə Xan Çinarının budaqlarının qırılmasının ilkin səbəbi məlum olub
10:14 15 İyul 2019
Şəki Xan Sarayının həyətində 500-ə yaxın yaşı olan çinar ağacının iki budağının qırılaraq yerə düşməsinin ilkin səbəbi məlum olub.
Femida.az xəbər verir ki, bu barədə Şəki Yuxarı Baş Dövlət Tarix Memarlıq Qoruğunun direktoru Təranə Abdullayeva məlumat verib.
T.Abdullayeva bildirib ki, ağacın iki budağının qırılıb düşməsinə səbəb son zamanlar mütəmadi yağan leysan xarakterli yağışlar və güclü külək olub: "Son günlər yağan aramsız yağışlar və bu gün səhər saatlarından başlayan güclü külək nəticəsində Xan Çinarı ağacının iki böyük budağı qırılaraq yerə düşüb. Hadisə zamanı bir neçə nəfər xəsarət alaraq xəstəxanaya çatdırılıb".
Qoruq direktorunun sözlərinə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Milli Elmlər Akademiyasının və Respublika Baş Prokurorluğunun əməkdaşları ərazidə araşdırma aparırlar: "Ağacın 500-ə yaxın yaşı var. Ona görə də iki böyük budağın qırılıb düşməsinin səbəbi araşdırılır. Ağacdan və ərazidən nümünələr götürülüb və laboratoriya şəraitində analizlər aparılır. Təbii ki, əsas səbəblər araşdırmanın yekun rəyindən sonra bilinəcək. Bəlkə ağaca qurd düşüb, bəlkə yaşının çoxluğundan hər hansı çürümə baş verib. Onu biz deyə bilmərik".
T.Abdullayeva əlavə edib ki, ağacın budağının qırılıb yerə düşməsi nəticəsində Şəki Xan Sarayına ciddi ziyan dəyməsə də, çardaq hissəsində bir neçə kirəmit qırılıb.
Qeyd edək ki, hadisə və xəsarət alan şəxslərin müalicəsi dövlət başçısının xüsusi nəzarətindədir.
Oxunub: 1045
Oxşar xəbərlər
- Şəkidə avtomobil piyadanı vuraraq öldürüb
- Şəkidə sel kəndlə şəhərin əlaqəsini kəsib, avtomobili aparıb
- Şəkidə qapı-pəncərə sexindən 15 min manatlıq oğurluq edən obyektin işçisi tutulub
- Şəkidə avtomobil çaya aşıb, xəsarət alanlar var
- Şəkidə avtomobil aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
- Şəkidə iki avtomobil toqquşub, xəsarət alanlar var
- Şəkidə işləmək adı ilə evdən çıxan şəxs itkin düşüb
- Şəkidə yaşayış evi yanıb, 60 yaşlı kişi ölüb
- Şəkidə avtomobil aşıb, xəsarət alanlar var
- Şəkidə koronavirus xəstələri ictimai yerlərdə aşkarlanıb