5,4 milyona yaxın müraciət qeydə alınıb


10:21     15 İyul 2019 004m0mlhn2bq5amjo0ejku1lg0emek-ve-sosial-mudafie-nazirliyi0.jpg

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə əhaliyə təqdim olunan elektron xidmətlərə cari ilin yanvar-iyun ayları ərzində 5,4 milyona yaxın müraciət qeydə alınıb.



Femida.az-a daxil olan məlumata görə. nazirliyin e-xidmətləri sırasında “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” (1 932 829 müraciət) “İş yerinə dair arayış” (582 029 müraciət), “Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi” (446 915 müraciət), “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” (386 461 müraciət) e-xidmətləri müraciət sayına görə yenə də seçiliblər. Həmçinin nazirliyin “Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi” (164 411 müraciət), “Sığortaolunanlara məlumatların verilməsi” (126 783 müraciət), “Sığortaolunanın onlayn uçota alınması” (125 097 müraciət), “Məcburi dövlət sosial sığortası üzrə hesabatların təqdim edilməsi” (103 889 müraciət) və s. e-xidmətləri də daha çox maraq dairəsində olub.

Hazırda nazirlik tərəfindən əhaliyə 30-a yaxın növdə e-xidmət göstərilir və əmək, məşğulluq, sosial müdafiə sahələri üzrə e-xidmətlərin əhatə dairəsi getdikcə genişlənməkdədir.

Femida.az

Açar sözlər:

Oxunub: 222


Oxşar xəbərlər